Accessibility links

Moskvada 6 adam həlak olub - 2003-12-09


Moskva polsi bu gün səhər Kreml yaxınlığında baş verən partlayışın parlamentin aşağı palatası-Dumanı hədəf aldığını güman edir. 6 adamın ölümü, 13-nin yaralanmasına səbəb olan partlayış parlament seçkilərindən iki gün sonraya təsadüf edir.Moskva polisi partlayışı intiharçı bir qadının təşkil etdiyindən şübhələnir. Deyilənlərə görə həmin qadın partlayışdan əvvəl yoldan keçənlərdən Dumanın harada yerləşdiyini soruşurmuş. İkinci partlayıcı qurğu başqa bir qadının cəsədi üzərində aşkar edilmişdi. Partlayıcı qurğu robot tərəfindən zərərsizləşdirilmişdi.Rusiya prezidenti Vladimir Putin Kremldə Qanunverici Şura qarşısında etdiyi çıxışı zamanı terrorizmi kəskin qınamış, lakin bu gün baş verən hadisə ilə bağlı konkret bir söz deməmişdi. Prezident Putin bildirmişdir ki, cinayətkarlar və terrorçular Rusiyanın iqtisadi və demokratik inkişaflarına mane olmağa çalışırlar.

XS
SM
MD
LG