Accessibility links

Pakistanda 2 alim həbs edilib - 2003-12-11


Pakistanın səlahiyyətli nümayəndələri tərəfindən Pakistanın İrana nüvə materialları göndərdiyindən şübhələnilən nüvə laboratoriyasının iki alimi nəzarət altına alınıb. Müxalif siyasətçilər və yeli mətbuat onların Fərrux Məhəmməd və Yasin Çohan olduğunu elan edib. Kahuta elmi- tədqiqat laboratoriyasının direktoru Fərrux Məhəmmədin ölkənin nüvə və ballistik raket proqramını inkişaf etdirdiyi bildirilir. Xarici işlər nazirliyinin bəyanatında həbslər birbaşa olmasa da təsdiq edilmiş, lakin Pakistanın İrana nüvə proqramında yardım etdiyinə dair ittihamlar rədd edilmişdir.

XS
SM
MD
LG