Accessibility links

Buş:Maliyyə təftişi faktları aşkar edəcək - 2003-12-13


Prezident Bush bildirib ki, İraqda fəaliyyət göstərən hər bir şirkət xidmətlərinə görə Amerika hökümətindən lazım olduğundan daha artıq vəsait alıbsa, həmin pullar geri qaytarılmalıdır. Dünən Ağ Evdə mətbuat nümayəndələri ilə görüşündə prezident Bush ABŞ-ın müdafiə nazirliyi tərəfindən həyata keçirilən maliyyə təftişi ilə bütün faktların aşkar ediləcəyinə inandığını bildirib. Pentagon Halliburton şirkətinin hökümətdən 61 million dollar məbləğində vısait aldığının mümkünlüyünü irəli sürüb. Dick Cheney Amerika vitse-prezidenti vəzifəsini tutmazdan əvvəl həmin şirkətin başçısı idi.

XS
SM
MD
LG