Accessibility links

Çeçen yaraqlıları Dağıstanda tutduqları kəndini tərk etdilər - 2003-12-16


Rusiya rəsmiləri Dağıstanın Qalatlı kəndini tutmuş çeçen yaraqlılarının bir neçə saatdan sonra kəndi tərk etdiyini və girov götürdükləri 11 adamı azad etdiyini bildiriblər. Çeçen yaraqlılarının harada olduğu məlum deyil. Rusiyanın daxili işlər nazirliyinin bildirdiyinə görə, bazar ertəsi Gürcüstanla sərhəd ərazidə azı 25 çeçen yaraqlısı və Rusiyanın sərhəd qoşunlarının əsgərləri arasında toqquşma baş verib. Toqquşma zamanı 9 sərhəd mühafizəçisi həlak olub.

XS
SM
MD
LG