Accessibility links

PAUL GOBLE HEYDƏR ƏLİYEV BARƏDƏ - 2003-12-17


Keçmiş Sovet Respublikaları üzrə mütəxəssis Paul Goble qeyd edir ki, Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin hakimiyyətinin ölkə üçün həm müsbət həm də mənfi cəhətləri olmuşdur və artıq Azərbaycanın əsaslı demokratik islahatları keçirib, açıq bir ictimaiyət olmaqdan başqa yolu yoxdur. O redaksiyamıza verdiyi müsahibədə deyib ki, bir səbəbə görə tarix Əliyevə güzəştli qiymət verəcək, digər səbəblərə görə isə onu təngid edəcək: “Həqiqət budur ki, müsbət cəhətən baxanda o Azərbaycanın bitövlüyünü qorumuş, Rusiyanın təsirindən mühüm nisbətdə müstəqil qalmasını təmin etmiş, Qarabağ üzərində Ermənistanla müharibənin yenidən başlamasının qarşısını almış, neft sövdələşmələrinin həyata keçirilməsi üçün Qərb dövlətləriylə əməkdaşlıq aparmışdır. O, zəmanəmizdə ölkəsinin qurucusu olmuş, xaos şəraitində ölkədə hakimiyyətə gəlmiş və sabitliyi bərpa etmişdir.” Paul Goble deyir ki, bütün bunlara görə o yaxşı xall yığacaq. Azərbaycanın məruz qaldığı şəraitlər nəzərdə tutulduqda onun gördüyü işlər fövqəladədir. Cənab Goble sözünə davamla deyir: Digər tərəfdən isə, mənim fikrimə görə tarix ehtimal ki, belə bir nəticəyə gələcək ki, o ən mühüm vəzifələrindən birində nailiyyətsiz olub. Bu isə davamı mümkün olan, açıq, demokratik, qanunun aliliyinə əsaslanan bir dövlətin təsisidir ki, belə bir dövlətin gələcəyi onun Prezidentinin adından yox demokratik prosesdən asılı olsun. Cənab Goble deyir ki, Prezident Əliyevin iştirak elədiyi seçkilər azad və ədalətli keçirilsəydi mənim şəxsi fikrim bundan ibarətdir ki, o həmin seçkilərin hər birində qələbə çalardı. Ancaq o riskə getmədi, o və ətrafındakılar gələcək üçün Azərbaycan xalqının səsinə arxayın olmaq istəmədilər. Təəssüflər olsun ki, Azərbaycanda hakimiyyətin əl dəyişdirməsi elə bir şəkildə həyata keçirilib ki, görəsən Azərbaycanda yeni prezidentin legitimliyini Azərbaycan xalqı yox Qərb hökumətləri təmin edirlər: “ Demokratik ictimaiyyətlərdə suverenlik xalqa aitdir və legitimlik isə xalqın arzusunun azad bir şəkildə ifadə olunması yoluyla verilir. Biz Heydər Əliyevin hakimiyyəti illərinə baxanda çoxlu nailiyyətlər əldə edildiyini görəcəyik. Ancaq bu dövrdə kommunistlərin əlindəki avtoritar rejimdən, daha açıq, qanunun aliliyinə əsaslanan bir ictimai sistemə keçit fürsəti əldən verilib. Heydər Əliyev bəzi qapıları açmışdır və mən ümid edirəm ki, gələcəkdə həmin qapılar bağlanmaq əvəzinə daha çox açılsın. Paul Goble qeyd etmişdir ki, o bununla iqtisadi imkanları nəzərdə tutur. Medyanın azadlığına gəldikdə isə o söyləyir ki, çox vaxt Azərbaycan kimi ölkələr haqqında danışanda mətbuat azadlığından bəhs edilir ancaq bu medyanın azadlığından fərqlənir. Düzdür Azərbaycanda bir neçə müxalifət qəzeti hökuməti təngid edə bilir ancaq bu qəzetlər Bakıdan kənarda nə qədər adama çata bilir? Əsas sual bundan ibarətdir. Elektronik medyaya gəldikdə isə əhali əsas olaraq dövlət radio və televiziyasından asılıdır. Cənab Goble deyir ki, elektronik medya azad olmalı və rəqabətə əsaslanmalıdır. O vaxt azad, ədalətli və balanslı jurnalizmdən danışmaq olar ki, açıq ictimaiyətə gedən yol buradan keçir. Azərbaycan isə hələ bu mərhələyə gəlməmişdir. Düzdür Əliyev müxalifət qəzetlərini bağlamamışdır ancaq bu qəzetlərlə rəfdar həmişə arzu edilən olmamışdır və biz vəziyyətin belə davam etməsini görmək istəməzdik. Paul Gaoble demişdir ki, Əliyev ölkəsini müdafiyə edən bir lider kimi xatırlanacaq ancaq o azad, demokratik ictimaiyyət istiqamətində arzu edilən inkişafa nail olmayıb. Əqər Azərbaycanda əsaslı demokratik istlahatlar aparılmasa və ölkə demokratik inkişaf istiqamətini götürməsə onda Heydər Əliyevin nailiyyətləri də tezliklə yaddan çıxacaq, onun uğursuzluqları xatırlanacaq.

Cənab Goble bunu da qeyd edir ki, Azərbaycanın idarəsi bir şəxsin, Heydər Əliyevin şəxsiyyətindən asılı idi. İndi Əliyevdən sonra isə demokratik islahatların keçirilməsi daha zəruri hala gəlmişdir və ölkə artıq eyni şəkildə idarə oluna bilməz. İndi sual bundan ibarətdir ki, Heydər Əliyevin şəxsiyyətinə əsaslanan bir sistemdən açıq bir ictimaiyyətə keçidə nə şəkildə nail olunacaq. Mənfi sistemlərdə islahat aparılması həmişə çətindir ancaq bu keçilməsi zəruri bir yoldur. Bu keçiddə sabitsizlik baş versə də daimi sabitliyin əsasını həmişə demokratik bir sistem təmin etmişdir.

XS
SM
MD
LG