Accessibility links

Ağ Ev federal məhkəmənin qərarlarına etiraz edir - 2003-12-19


Ağ Ev administrasiyanın terrorda şübhəli şəxslərin saxlanması prosesini məhdudlaşdırması ilə bağlı məhkəmənin cümə axşamı çıxardığı qərarlarını qəbul etmədiyini bəyan edib. Buş administrasiyası federal apellasiya məhkəməsinin ABŞ-ın Kubada Qunatanamo hərbi bazasındakı 600-dan artıq məhbusun Amerika vəkilləri və məhkəmələrinə müraciət etmək imkanı olmadan saxlana bilməməsi haqda qərarına etirazını bildirib. Ədliyyə nazirliyi rəsmilər şübhələnilənlərin terror fəaliyyətləri haqda bütün məlumatları açıqladığına əmin olduğuna qədər hüquq məsləhətçisinə müraciət etməyə icazə vermir. Apellasiya məhkəməsi bildirir ki, Amerika Birləşmiş Ştatları beynəlxalq standartlara uyğun olaraq belə bir imkanı təmin etməlidir. Ağ Evin nümayəndəsi Skot Makkelllan Birləşmiş Ştatların məhkəmələrinin Amerika vətəndaşı olmayıb xarici ölkə ərazisindəki ABŞ hərbi bazasında saxlanan vətəndaşların işinə baxa bilmədiyini qeyd edib. Federal məhkəmənin daha bir qərarında Buş administrasiyasından ölkə ərazisində terrorda şübhəli hesab edib saxladığı şəxsi azad etmək tələb olunur. Belə ki, məhkəmə hesab edir ki, hökumətin Konqresdən razılıq almadan, Amerika vətəndaşlarını ABŞ ərazisində düşmən tərəfdə döyüşən şəxs kimi saxlaya bilmək hüququ yoxdur. Ağ Evin mətbuat katibi Skot Makkelan qərarı “qüsurlu” adlandırmışdır.

XS
SM
MD
LG