Accessibility links

NATO Əfqanıstanda sülhümühafizə missiyasını genişləndirir - 2003-12-19


NATO səfirləri alyansın Əfqanıstandakı sülhümühafizə missiyasının əməliyyatlarının Kabildən kənar ərazilərə şamil olunmasını formal olaraq təsdiq ediblər. Təşkilatın Brüsseldə açıqladığı bəyanatında 19 ölkənin səfirinin missiyanın Əfqanıstanın şimalında Kunduz şəhəri ətrafında artıq yerləşdirilmiş Almaniya hərbi qüvvələri daxil edilməklə, genişləndirilməsi haqda qərar verdiyi deyilir. Bəyanatda daha sonra qeyd edilir ki, bu, alyansın vilayət şəhərlərində mövcudluğunun təmin edilməsi səyləri çərçivəsində atılmış ilk addımdır. BMT və Əfqanıstanın hökuməti NATO-dan ölkədə təhlükəsizliyin təmin edilməsi üçün alyans qüvvələrinin daha geniş təmsil olunmasını istəmişlər.

XS
SM
MD
LG