Accessibility links

Ispaniyanın baş naziri Iraqda olub - 2003-12-20


İspaniyanın Baş Naziri Hoze Maria Aznar İraqın cənub bölgəsinə səfər edib. İspaniya rəsmiləri deyirlər ki, cənab Aznar Divaniya şəhərində ispan əsgələrilə birlikdə nahar ziyafətində iştirak edib, axşam isə İraqı tərk edib. Onun səfəri zamanı təhlükəsizlik tədbirləri gücləndirilmişdi. Birləşmiş Ştatların başçılığı altındakı koalisiyanı dəstəkləyən İspaniya İraqa 1300 əsgər göndərib. Noyabr ayında kəşfiyyat əsgələrinə qarşı hücum nəticəsində 7 əsgəri həlak olan İspaniya hökuməti bildirmişdi ki, bu hücuma baxmayaraq, İraqdakı fəaliyyətini davam etdirəcək. Cənab Aznar əsgərlərlə görüşü zamanı onların İraqda azadlıq və demokratiyaya nail olmağa çalışdıqlarını deyib.

XS
SM
MD
LG