Accessibility links

Əfqanıstanda yeni hərbi bazalar yaradılacaq - 2003-12-21


Birləşmiş Ştatların Əfqanıstanda yeni hərbi komandiri yardım işçilərinin daha təhlükəsiz şəraitdə çalşımasını təmin etmək üçün ölkənin cənubunda və şərqində hərbi bazaların yaradılacağını bəyan edib. General-leytenant Deyvid Barno müxbirlərə bildirib ki, ABŞ-ın strategiyası və taktikasında çox mühüm dəyişikliyi əks etdirən bu bazalar ərazidə hücumlar həyata keçirən üsyançıların diqqətini cəlb edəcək. Bu arada, Taliban qüvvələri Pakistanla sərhəd ərazidə şənbə günü əfqan ordusunun beş əsgərinin ölümülə nəticələnmiş hücumun məsuliyyətini öz üzərinə götürüblər. Daha iki əsgər həmin gün Xost vilayətinin şərqində yolun kənarında bombanın partlaması nəticəsində həlak olub.

XS
SM
MD
LG