Accessibility links

Polşa prezidenti İraqda hərbi qüvvələri ziyarət etdi - 2003-12-22


Polşa prezidenti Aleksandr Kvasniyevski Milad bayramı ərəfəsi İraqda Polşa hərbi qüvvələrini ziyarət edib. Prezident Kvasniyevski və müdafiə naziri Jerzi Şmadjinski Polşa hərbi qüvvələrinin yerləşdiyi Babilistan hərbi düşərgəsinə gediblər. Bir neçə saat bazada qalmış Polşa prezidenti hərbiçilərə gördükləri çətin işə görə təşəkkürünü bildirmiş və Polşanın İraqa sabitlik gətirilməsi prosesinə kömək edə biləcəyinə inandığını demişdir. Müharibədən sonra İraqda dörd regiondan birində sülhümühafizə missiyasına başçılıq edən Polşanın ölkədə 2 min beş yüz əsgəri var.

XS
SM
MD
LG