Accessibility links

Xatəmi Fransada baş örtüklərinin qadağan edilməsi təklifini tənqid etdi - 2003-12-23


İran prezidenti Məhəmməd Xatəmi Fransanın dövlət təhsil müəssisələrində baş örtüyünü qadağan edən təklifini “yanlış təklif” adlandırıb. Bu gün Tehranda keçirdiyi mətbuat konfransında cənab Xatəmi baş örtüyünün dini zərurət olduğunu və buna qadağanın “ekstremist millətçi meylli” qərar kimi qiymətləndirdiyini demişdir. Fransa prezidenti Jak Şirak müsəlman baş örtükləri, yəhudi papaqları və böyük xaçlar kimi dini simvolların qadağan olunmasına çağırmış və Fransa qanunlarının ictimai təhsil müəssisələrində dünyəviçi prinsiplərə əməl olunmasını təəb etdiyini demişdir.

XS
SM
MD
LG