Accessibility links

H.Karzay : Əfqanıstanın mərkəzləşdirilmiş bir hökumətə ehtiyacı var - 2003-12-24


Əfqanıstanın müvəqqəti prezidenti Həmin Karzay qüdrətli prezident sistemində heç bir kompromizə yol verilə bilməyəcəyini deyib. Əfqan lideri Loya Cirgə nümayəndələrini prezidentə geniş səlahiyyət verilməsini təklif edən konstitusiya layihəsini qəbul etməyə razı salamağa çalışır. Cənab Karzay təkidlə bildirir ki, 20 ildən artıq müharibələrə səhnə olan Əfqanıstanın etnik qrupları arasında birlik yaradılması üçün mərkəzləşdirilmiş bir hökumətə ehtiyac var. Nümayəndələrin bəziləri isə parlament sistemini dəstəkləyirlər.

XS
SM
MD
LG