Tel-Əvivdə avtobus vağzalı yaxınlığında baş verən partlayış zamanı 2 adamın həlak olduğu xəbər verilir. Qəzza şəhərində isə İsrail vertolyotlarından açılan atəş 5 adamın ölümünə səbəb olub. İsrailin səhiyyə işçilərinin bildirdiyinə görə partlayış Tel-Əviin Geha avto-vağzalında baş verib. İsrailin Qəzzadakı vertolyot hücumu Fələstinin İslam Cinadı qrupunun üzvlərini hədəf almışdı. İsrailin bildirdiyinə görə qrupun üzvləri İsrailə qarşı hücum planlaşdırırdılar.