Accessibility links

Pakistan lideri daha bir sui-qəsd cəhdindən xilas olub - 2003-12-25


Pakistan prezidenti Pərviz Müşərrəfin maşın kortejinin son 10 gün ərzində ikinci dəfə intiharçıların hücumuna məruz qalması nətricəsində azı 14 adamı həlak olub, 46-dan çox adam bədən xəsarəti alıb. Prezident Müşərrəfə hücum Rəvalpindi şəhərində edilmişdir. Pakistan hərbi qüvvələrinin general-mayoru Şövkət Sültan Xan “Amerikanın səsi”nin müxbirinə deyib ki, içərisində bomba yerləşdirilmiş iki maşından biri prezidentin maşın korteji ilə toqquşmuşdur. Prezident kortejinin axırıncında gedən polis maşını dağılmış, maşındakı polis bədən xəsarəti almışdır. Prezident və onu müşaiyət edən rəsmi şəxslər yaralanmamışlar.

XS
SM
MD
LG