Accessibility links

İranda baş verən zəlzələ nəticəsində həlak olanların sayı artır - 2003-12-27


İran rəsmilərinin bildirdiyinə görə cümə günü baş verən zəlzələ nəticəsində 20 mindən çox adam həlak olmuş, 30 minə qədər adam isə yaralanmışdır. Zəlzələ nəticəsində Bəm şəhərində bir çox tarixi abidələr də dağılmışdır. İran rəsmiləri cümə gunu baş verən zəlzələnin nəticələrini inanılmaz dəhşət kimi təsvir edirlər. Rəsmilərin dediyinə görə ərazisində 80 minə qədər sakini olan Bəm şəhərinnin 70 faizi dağılmışdır. Cümə günü səhər baş vermiş zəlzələnin gücü rixter ölçüsü ilə 6,5 bal gücündə olmuşdur. Şəhərin elektrik cərəyanı, suyu və kommunikasiyası kəsilmişdir. Cümə gecəsi havanın şaxtalı olmasına baxmayaraq minlərlə adam küçələrdə qalmışdır. Şənbə günü səhər tezdən yerli cammat və xilasetmə dəstələri dağıntılar altından sağ qalmış insanları xilas etməyə çalışmışlar. Xəbər verildiyi kimi şəhərin iki xəstəxanası tamam dağıldığına görə yüzlərlə yaralı və xəsarət almış insan Tehranın və digər şəhərlərin xəstəxanalarına göndərilmişdir. Bir çox şəhər sakini isə öz yaxınlarının cəsədləri yanında kədərli oturmuş, digərləri isə cəsədləri dəfn etməklə məşğuldurlar. Hökumət təcili surətdə xalqı səfərbərliyə çağırmışdır. Prezidend Məhəmməd Xatəmi üç gün matəm elan etmiş və demişdir ki, bu dəhşətli fəlakətdə İranın digər ölkələrin də yardımına ehtiyacı var. Birləşmiş Ştatlar İrana dərman, yemək, çadırlar göndərmişdir. Eyni zamanda, bir çox Avropa və Asiya ölkələri də kömək etməyə hazır olduqlarını bildirmişlər.

XS
SM
MD
LG