Accessibility links

İsrail əsgərləri ilə fələstinlilər arasında toqquşma olub - 2003-12-27


Şahidlərin dediyinə görə İsrail əsgərləri tərəfindən İordan çayının qərb sahilindəki Nablus şəhərində bir fələstinli öldürülmüş, üçü yaralanmışdır. İsrail hərbi qüvvələrinin nümayəndəsi isə deyib ki, əsgərlər Balata Fələstin qaçqın düşərgəsində yaraqlıları axtararkən onlarla fələstinli etitrazçılar arasında toqquşma baş vermişdir. Cümə axşamı Tel-Əvivdə bir intihar hücumu nəticəsində 4 yəhudi həlak olduqdan sonra İsralin əsgələri Nablus rayonunda yaraqlıları tapmaq məqsədi ilə axtarışları artırmışlar. Bu arada minlərlə fələstinlinin iştirakı ilə İsrailin İordan çayının qərb sahilində təhlükəsizlik səddinin inşasına qarşı nümayişi təşkil edilmişdir.

XS
SM
MD
LG