Accessibility links

Acariyanın lideri ona qarşı sui-qəsd planlaşdırıldığını deyir - 2003-12-31


Gürcüstanın Acariya muxtar respublikasının prezidenti Aslan Abaşidze bəzi Gürcüstan liderləri və təhlükəsizlik nümayəndələrinin ona qarşı sui-qəsd planlaşdırdığını deyib. Bu gün Tbilisidə müxbirlərlə söhbəti zamanı cənab Abaşidze sui-qəsd planına mane olunduğu və hazırda bununla əlaqədar istintaq aparıldığını bildirib. Həmin mətbuat konfransında iştirak edən Gürcüstanın dövlət naziri Zurab Jvaniya hökumətin Aslan Abaşidzenin verdiyi məlumatı öyrənib, buna cavab verəcəyini deyib. Acariya lideri açar seçicilərinin yanvar ayının 4-də keçiriləcək prezident seçkilərində səs vermələrinə imkan yaradılacağını desə də, “Dirçəliş” partiyasının səsvermədə iştirak etməyəcəyini bildirib. Bu isə səs verənlərin sayının kəskin şəkildə azalması deməkdir.

XS
SM
MD
LG