Accessibility links

İRANDA ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ ÖLƏNLƏRİN SAYI 30 MİN OLA BİLƏR - 2004-01-01


İranın Ali Dini Rəhbəri Ayətullah Əli Xəmenei keçən həftə Bəm şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin xatirəsini yad etmək üçün keçirilən mərasimə başçılıq etmişdir. Zəlzələ nəticəsində təqribən 30 min adamın həlak olduğu təxmin edilir. Dünən 27 yaşlı bir dükan sahibi qalıqların arasından sağ çıxardılmışdır. Rəsmi idarələr sağ qalanları qeydiyyata alır və əhaliyə talonlar paylayırlar. Onlar yerlə yeksan olmuş şəhərdə neçə adamın sağ qaldığını müəyyən etməyə çalışırlar. Birləşmiş Millətlər Təşkilatının nümayəndələri Bəmin 100 min nəfər əhalisinin yarısından çoxunun ya həlak olduğunu, ya xəstəxanalara aparıldığını yada ki, itkin düşdüyünü bildiriblər.

XS
SM
MD
LG