Accessibility links

Bəm zəlzələsindən sağ qalanlara yardım göstərilir - 2004-01-02


BMT nümayəndələri İranın Bəm şəhərini dağıdan zəlzələdən zərər çəkənlərə yardım fondlarından istifadə etməyə hazırlaşırlar. Beynəlxalq yardımlar Bəm şəhərində xəstəliklərin yayılma riskini azaltmışdır. İndi diqqətlər insanların ehtiyaclarının necə qarşılanmasına yönəlmişdir. Yardım işçilərinin bildirdiyinə görə gələn həftə evsizlərin sığınacaq, su və ərzaq yardımı ilə təmin edilməsinə başlanmalıdır. BMT-tə ehtiyacların qarşılanmasına Birləşmiş Ştatalra da daxil edilməklə, 5 və ya 6 ölkə yardım edir. Amerika İrana qarşı sanksiyaları müvəqqəti ləğv edərək, oraya yardım və həkimlər göndərmişdir. BMT-nin yardım işçiləri deyirlər ki, sağ qalmış 40 min adam üçün ilk uç çadır artıq qurulmaqdadır. Şəhərdə 11 səyyar xəstəxana salınmışdır.Bütün bunlarla yanaşı, bəzi nailiyyətlərlə bağlı xəbərlər də alınır. Dünən qarderob altında qalmış bir kişinin xilas edilməsi buna nümunədir.

XS
SM
MD
LG