Accessibility links

ABŞ heyəti Şimali Koreyaya səfər edəcək - 2004-01-02


Cənubi Koreya Birləşmiş Ştatlardan Amerikanın nümayəndə heyətinin Şimali Koreyanın nüvə obyektlərinin yoxlanışı məqsədi ilə o ölkəyə səfər edəcəyi ilə bağlı məlumat aldığını bildirib. Lakin Amerika hökuməti səfərin nüvə komplekslərinin yoxlanışı məqsədi daşımadığı və bunun şəxsi bir təşəbbüs olduğunu bildirib. Cənubi Koreyanın Xarici İşlər Nazirliyinin bildirdiyinə görə Birləşmiş Ştatlar nümayəndələri və nüvə alimlərindən ibarət nümayəndə heyətinin gələn çərşənbə axşmından etibarən Şimali Koreyaya səfəri gözlənilir. Əgər səfər baş tutmuş olsa, bu, bir il əvvəl Şimali Koreyanın BMT-nin silah müfəttişlərini ölkədən çıxarmasından sonra Yonqbyon nüvə obyektində ilk təftiş olacaq. Xəbərə əsasən Birləşmiş Ştatların dövlət departamentinin keçmiş nümayəndəsi və hazırda Kaliforniyanın Starfort universitetinin alimi də həmin nümayəndə heyəti tərkibində olamlıdır. Qeyd edək ki, bir neçə ölkə Şimali Koreyanın silah proqramı ilə danışıqların bərpa edilməsinə çalışır. Hər iki Koreya, Birləşmiş Ştatlar, Çin, Yaponiya və Rusiyanın iştirakı ilə keçirilən danışıqların ilk raundu heç bir nəticə verməmişdi. 2003-cü ilin oktyabr ayında Şimali Koreya istifadə edilmiş nüvə yanacağının minlərlə rodunun yenidən emalına başlamışdır. Təhlilçilərin fikrincə Pxenyan bir neçə bomba istehsalı üçün kifayət qədər plutoniuma malikdir.

XS
SM
MD
LG