Accessibility links

ABŞ-ın İraqdakı hərbi bazası hücuma məruz qalıb - 2004-01-03


Birləşmiş Ştatların hərbi mənbələrinin bildirdiyinə görə İraqın mərkəzində yerləşən hərbi bazaya edilən hücum nəticəsində bir Amerika əsgəri həlak olub, digər ikisi isə yaralanıb. Hücumun dünən gecə Baldaddan 80 kilometr şimal-qərbdə yerləşən Balad şəhəri yaxınlığında həyata keçirildiyi bildirirlir. Dünən minlərlə iraqlı Bağdadda nümayişə çıxaraq, Amerikanın İraqdakı qüvvələrinə qarşı müqəddəs müharibəyə səsləmişdi. Qeyd edək ki, etiraza Amerika qüvvələrinin Bağdad məscidinə reydi səbəb olmuşdu. Amerikanın hərbi nümayəndələrinin bildirdiyinə görə məsciddə böyük silah ehtiyatı aşkar edilmiş, 34 şübhəli şəxs nəzarət altına alınmışdır.

XS
SM
MD
LG