Accessibility links

Toni Bleyer İraqa gözlənilməz səfər etdi - 2004-01-04


Britaniyanın baş naziri Toni Bleyer Britaniya əsgərlərilə görüşmək üçün İraqın cənub hissəsinə gözlənilməz səfər edib. Cənab Bleyer Səddam Hüseynin devirilməsində rolluna görə Britaniya əsgərlərinə öz təşəkkürünü bildirirb. Müharibə zonasında yerləşdirilmiş 10 min əsgər qarşısında televiziya ilə nümayiş etdirilən çıxışında cənab Bleyer bildirirb ki, İraq liderinin devrilməsi məqsədi ilə ABŞ-ın başçılığı ilə aparılan kampaniya qlobal sabitlik üçün olduqca mühüm əhəmiyyət daşıyır. Britaniya lideri İraqın ikinci böyük şəhəri Bəsrəyə xüsüsi hərbi yük təyyarəsində gəlib. Bu onun İraq müharibəsindən sonra bu ölkəyə etdiyi ikinci səfərdir.

XS
SM
MD
LG