Accessibility links

Əfqanıstan yeni konstitusiyasını qəbul etdi - 2004-01-04


Əfqanıstanın ali assambleyası olan Loya Cirgənin nümayəndələri ölkənin ən güclü siyasi və dini liderlərinin bir neçə həftədir ətrafında qızğın mübahisələr apardığı yeni konstitusiyasını formal olaraq qəbul ediblər. Loya Cirgənin 520 nümayəndəsi bu tarixi sənədi bu gün ölkə başçılarının assambleyanın ümumi prinsiplərdən çıxmaq təhlükəsi qarşısında olduğu haqda xəbərdarlığından bir gün sonra qəbul ediblər. Post Taliban dövrünün konstitusiyası bu il keçirilməsi gözlənilən prezident seçkilərinə yol açacaq. Konstitusiya Birləşmiş Ştatların dəstəklədiyi müvəqqəti hökumətin prezidenti Həmid Karzaya onun istədyi kimi, güclü prezidentlik sistemini təmin edir, lakin baş nazir postunun yaradılmasını nəzərdə tutmur. BMT-nin xüsusi nümayəndəsi Laxdar Brahimi razılığı alqışlamış və bunu Əfqanıstan xalqının böyük uğuru adlandırmışdır.

XS
SM
MD
LG