Birləşmiş Millətlər Təşkilatı İranın qədim Bəm şəhərində zəlzələdən sonra bərpa və tikinti işlərinə milyonlarla dollar miqdarında yardım üçün dünya ölkələrinə müraciət edib. BMT rəsmiləri qlobal müraciətlə bu gün çıxış edərək gələn üç ay ərzində zəruri humanitar yardım üçün kifayət qədər vəsait toplanacağına ümid bəsləyirlər. BMT özü zəlzələ qurbanlarına yardım məqsədilə 74 milyon dollar məbləğində vəsaitin ayrılacağına söz verib.