Accessibility links

ABŞ Liviyanın kütləvi qırğın silahlarından rəsmən əl çəkməsini gözləyir - 2004-01-07


Dövlət katibi Kolin Pauel kütləvi qırğın silahlarından əl çəkmək barədə verdiyi sözə əməl edəcəyi təqdirdə Birləşmiş Ştatların 1986-cı ildə Liviyaya qarşı tətbiq etdiyi sanksiyaların qaldırılması məsələsini nəzərdən keçirməyə hazır olduğunu bildirib. Liviya sanklsiyaların tez bir zamanda qaldırılmasında marağı olduğunu gizlətmir. Liviya keçən həftə bildirib ki, əgər sanksiyalar may ayının ortasına qədər götürülməsə, 1988-ci ildə Liviya tərəfindən həyata keçirilmiş terror hücumu nəticəsində “Pan-Am” 103 təyyarəsində həlak olan 270 nəfərin qohumlarına ödəniləcək zərərin məbləğinin azaldılmasına səbəb ola bilər. Dövlət katibi Pauel bildirib ki, Birləşmiş Ştatlar və Britaniya ilə keçən ay əldə olunmuş razılığa uyğun olaraq Liviyanın kütləvi qırğın silahlarının məhv edilməsi rəsmən təsdiq olunmayana qədər sanksiyaların yenidən nəzərdən keçirilməsi prosesi başlamayacaq. Tunisin xarici işlər naziri Həbib Bən Yəhya ilə birlikdə keçirdikləri mətbuat konfransında cənab Pauel bəyan etdi ki, bu günə qədər Liviyanın kütləvi qırğın silahlarının açıqlanması ilə bağlı bu ölkənin rəsmi şəxsləri ilə fəal əməkdaşlıq edirlər. Cənab Pauel bildirib ki, Birləşmiş Ştatlar və Britaniya Beynəlxal Atom Enerji Agentliyinin yardımı ilə Liviyanın silahlar proqramının demontajını rəsmən təsdiq edəcək işçi qruplarının formalaşdırılması prosesindədirlər. Onun sözlərinə görə yalnız bu proses başa çatdıqdan sonra Buş administrasiyası sanksiyalar məsələsinə baxacaq. Cənab Pauel bildirib ki, proses inkişaf etdikcə, administrasiya 1988-ci il terror hücumunun qurbanlarının ailələrinin maraqlarını da nəzərə alacaq. Xatırladaq ki, Liviya 270 nəfərin ölümünə səbəb olmuş terror hücumunun məsuliyyətini öz üzərinə götürərək, qurbanların ailələrinə 2 mld. 700 milyon dollar ödəməyə razılıq verib. Lakin Liviyanın xarici işlər naziri keçən həftə bildirib ki, əldə edilən razılığa əsasən mayın 12-ə qədər Liviyanın adı Dövlət Departamentinin terroru dəstəkləyən ölkələr siyahısından çıxarılmadığı təqdirdə Liviya həmin məbləğin 60%-nin ödənilməsini yubandıra bilər. Prerzident Bush bazar ertəsi Konqresə göndərdiyi yazılı bəyənatında Liviyaya qarşı sanksiyalar vaxtının uzadıldığını bildirib. Cənab Buş 1986-cı ildə bu sanksiyaların tətbiqinə gətirib çıxarmış səbəblərin tamamilə aradan qaldırılmadığını bəyan edib. Eyni zamanda prezident Buş Liviyanın dekabrın 19-da kütləvi qırğın silahlarından əl çəkməyə dair verdiyi razılığı alqışlamışdır. O bildirib ki, Liviya verdiyi sözə əməl etsə Birləşmiş Ştatların da cavab addımları atacaq. Dövlət katibi Kolin Pauel Tunisdə olarkən demişdir ki, Liviyanın razılığa gəlməsində Tunis hökumətinin böyük rolu olmuşdur.

XS
SM
MD
LG