Accessibility links

ABŞ İraqda kütləvi qırğın silahları axtaran qrupun bir hissəsini geri çəkib - 2004-01-08


”New York Times” qəzetinin yazdığına görə Birləşmiş Ştatlar qeyri-qanuni silah axtarışını həyata keçiriən 400 nəfərdən ibarət hərbi heyəti İraqdan çıxarıb. Xəbərdə deyirlir ki, Müdafiə Nazirliyinin nümayəndələri həmin heyətin missiyasının qeyri-qanuni silahları daşıyan raket qurğularının aşkar edilməsindən ibarət olduğunu bildirirlər. Qəzet yazır ki, kimyəvi və bioloji silahların zərəsizləşdirilməsi üzrə digər bir mütəxəssis qrupu İraqda işini davam etdirir. Həmin bu qrup kütləvi qırğın silahlarının aşkar edilməsində aylardır nailiyyətsizliyə uğrayan qrupun bir hissəsidir.

XS
SM
MD
LG