Accessibility links

Liviya 170 milyon dollar kompensasiya ödəyəcək - 2004-01-09


Liviya 1989-cu ildə Fransa təyyarəsinə hücum zamanı həlak olmuş 170 adamın hər birinin ailəsinə bir milyon dollar məbləğində təzminat ödənilməsi haqda razılıq imzalayıb. Razılıq bu gün Parisdə imzalanıb. Fransa məhkəməsi 6 liviyalını qiyabi olaraq bomba hücumlarını həyata keçirməkdə ittiham etmişdir. Liviya hökuməti hücumun məsuliyyətini heç bir zaman özüərinə götürməyərək kompensasiya ödəməyə razı olmuşdur. Liviyalı həmkarı Əbd-ür-Rəhman Şalğamla danışıqlar keçirmiş Fransa xarici işlər naziri Dominik de Vipen razılığı alqışlamışdır. Fransa rəsmiləri Liviyanın razılığı imzalaması ilə iki ölkə arasında diplomatik əlaqələrin yeni səviyyəyə çatacağını bildirmişlər.

XS
SM
MD
LG