Accessibility links

Amerika BMT-nin İraqda rolunun genişlənməsinə çalışır - 2004-01-09


Birləşmiş Ştatlar və İraqın yüksək səviyyəli rəsmiləri İraqda BMT-nin daha geniş rolu oynaması üçün BMT-nin baş katibi Kofi Annana təzyiqləri artırıblar. Hazırda BMT və Buş administrasiyası arasında əməkdaşlığı gücləndirmək istiqamətində dioplomatik səylər intensivləşməkdədir. Bu gün Birləşmiş Ştatların BMT-dəki səfiri Con Neqroponte baş katib Kofi Annanla təkbətək görüşdə İraq məsələsini müzakirə edəcək. Dünən isə Birləşmiş Ştatlar Senatının xarici əlaqələr komitəsinin üzvü, respublikaçı senator Çak Heyqel Kofi Annanla görüşmüşdür. Onlar arasında sürən 1 saat 15 dəqiqəlik görüşün əsas diqqət mərkəzində də iraq dururdu. Bütün bu fəallıqlar yanvarın 19-dan əvvəl müşahidə olunur. Məhz yanvarın 19-da baş katib Annan İraqın idarəedici şurası və Birləşmiş Ştatların başçılığı ilə koalisiyanın liderlərinin Nyu Yorka gəlib İraq startegiyasını müzakirə etməsini istəyir. Müzakirələrin əsas mövzusu isə olduqca həssas bir mövzudur: BMT İraqın özünü idarəyə keçid dövrü hansı rolu oynamalıdır və ümumiyyətlə oynacaqmı? BMT-nin baş katibi Bağdadda təşkilatın qərargahı qarşısında avqust ayında 22 adamın ölümülə nəticələnmiş hücumdan sonra ofis işçilərinin oradan çıxması haqda göstəriş vermişdi. Vaşinqtondan güclü təzyiqlərlə qarşılaşmış Kofi Annan həmin adamların geri qayıtmasına razı olmayaraq, demişdi ki, koalisiyanın onların roluna böyük əhəmiyyət ayırmasına baxmayaraq, təhkükəsizlik riskləri bunu etməyə imkan vermir. İndi Kofi Annan koalisiyanın rəsmiləri, xüsusilə də özünün aydın bildirdiyi kimi, ABŞ-ın təyin etdiyi administrator Pol Bremeri Nyu Yorka görmək istəyir. Baş katibin dəvəti Vaşinqtonda güclü reaksiyaya səbəb olmadı. Birləşmiş Ştatların rəsmiləri görüşdə ABŞ-ın başçılıq etdiyi koalisiyanın kim tərəfindən təmsil olunacağını aydın bildirmədi; bu, müvəqqəti idarənin başçısı Pol Bremer, yoxsa ondan daha aşağı səviyyəli bir rəsmin olacaq. Dünən senator Çak Heyqel Kofi Annanla görüşünün vasitəçilik missiyası xarakteri daşıdığını demədi. Lakin senator müxbirlərə bildirdi ki, o yanvarın 19-u keçiriləcək görüşün əhəmiyyətini ABŞ Dövlət katibi Kolin Pauellə müzakirə etmişdir. “Mən demişdim: BMT-nin İraqdakı rolu çox mühümdür. Mən bunu demişdim və indi də inanıram ki, BMT-nin irada olmadan və işlərlə məşğul olmadan biz İraqda vəziyyəti sabitləşdirə bilmirik və İraq xalqını özünü idarə və müdafiə edə biləcək bir mövqedə olmasına kömək edə bilmirik.” İraqın idarəedici şurasının liderləri də BMT-nin İraq məsələsilə daha yaxından məşğul olmasını istəyirlər. Şuranın üzvləri öz mövqelərini baş katibə göndərdikləri bir neçə məktubda ifadə etmişlər. Şuranın hazırkı sədri və onu əvəz edəcək şəxs də yanvarın 19-u keçirələcək görüşdə iştirak edəcəklər. BMT üzvlərinin təhlükəsizliyi isə narahatlıqlarra əsas səbəb olan bir məsələ olaraq qalır. Baş katib Annan dəfələrlə bildirib ki, o, təşkilatın işçilərinin Bağdada yenidən qayıtmasından əvvəl daha ciddi təhlükəsizlik tədbirlərinin görülməsini istəyir. Buna baxmayaraq, BMT-nin mətbuat katibi keçən həftə bildirmişdir ki, BMT işçilərinin bir gün, nə zamansa, İraq paytaxtına qayıtması üçün instensiv hazırlıqlar gedir.

XS
SM
MD
LG