Accessibility links

Prezident Buş Monterrey yığıncağına hazırlaşır - 2004-01-10


Prezident Buş yanvar ayının 12 və 13 Meksikanın Monterrey şəhərində qərb yarımkürəsi ölkələrinin 30-dan artıq dövlər başçısının iştirak edəcəyi Amerika sammitinə hazırlaşır. Prezident Buşun bu həftə mühacirət islahatları ilə bağlı təklifi Amerika və Meksika arasındakı əlaqələrə təkan versə də, ABŞ liderinin mürəkkəb məsələlərlə üzləşəcəyi gözlənilir. Son illər Latın Amerikasında Vaşinqtonun azad ticarət və iqtisadi liberallıq proqramına münasibət skeptik xaraker almışdır. Braziliya azad ticarət məsələlərində Buş administrasiyası ilə razılaşmadığını bildirmiş, Amerikanın ölkəyə daxil olan bütün xaricilərin barmaq izlərini götürmə qərarı qarşılığında Braziliyaya səfər edən bütün amerikalılara eyni münasibət göstəriləcəyini elan etmişdir. Argentina prezidenti Nestor Kirşner bir neçə gün bundan əvvəl prezident Buşla Monterrey görüşü zamanı, onun sözləri ilə deyilsə, boks matçında olsuğu kimi “nokout”la qələbə çalacağını bildirmişdir. Monterrey yığıncağı qloballaşma və iqtisadi liberallıq siyasətinin əleyhinə olan Vensuela lideri Hüqo Çavez üçün də mübarizə səhnəsi ola bilər. Qeyd edək ki, Birləşmiş Ştatlar cənab Çavez və Kubanın kommunist lideri Fidel Kastro arasındakı dostluq əlaqələrindən narahatlığını bildirmişdir. Prezident Buşun Monterrey görüşünə ev sahibliyi edəcək Meksika prezidenti Vnsente Foks tərəfindən bir qədər yaxşı qarşılanacağı gözlənilir. Bu, prezidentin sənədsiz mühacir işçilərin müvəqqəti viza ilə təmin edilməsi təklifi ilə izah edilir. Prezident Foks demişdir ki, cənab Buşun təklifi onun hökumətinin mühacirət qanunlarında islahatlarla bağlı təzyiqinin nəticəsidir. Prezident Foks Amerikaya iş sorağı ilə daxil olan 4 milyona yaxın meksikalının hüquqları uğrunda mübarizə aparır. Əgər prezident Buşun təklifi konqres tərəfindən təsdiq edilsə, bu, prezident Foksun ən böyük siyasi qələbəsi hesab ediləcək.Meksikanın Birləşmiş Ştatlar və Kanada ilə Şimali Amerikanın azad ticarət razılığına qoşulması bu ölkənin mənafeyinə xidmət edir. Baxmayaraq ki, Meksika əhalisinin bi hissəsi razılıqla razılaşmırlar. Yoxsul fermerlər və kiçik müəssisələr azad ticarətin birbaşa qurbanlarına çevrilmişdilər. Regiondakı bəzi ölkələr azad ticarət siyasətinə şübhə ilə yanaşırlar. Onlar azad ticarətin onlara olduqca baha başa gələcəyindən ehtiyat edirlər. Bu ölkələr Amerikanın dövlətin nəzarətində olan müsəssilərin özəlləşdirilməsi və xarici investisiyanın müdafiəsi məqsədi ilə qanunlar qəbul edilməsi tələbini rədd edirlər.

XS
SM
MD
LG