Accessibility links

ABŞ-ın nümayəndə heyəti Şimali Koreyanın nüvə obyektlərində olub - 2004-01-10


Birləşmiş Ştatların alimləri və konqres nümayəndələrindən ibarət qrupu beş gün Şimali Koreyada olmuşlar. Nümayəndə heyətinin üzvü, nüvə silarhları üzrə alim Siq Hekker müxbirlərə qrupun Yanqbyon da daxil edilməklə bir neçə obyektə aparıldığını deyib. Şimali Koreyanın rəsmiləri Pxenyanın şimalında yerləşən bu obyektdə nüvə silahlarının istehsalında əsəs element kimi istifadə oluna bilən işlənmiş minlərlə nüvə yanacağı rodunun yenidən emal edildiyini deyirlər. Şimalı Koreyanın nüvə silahları ilə bağlı böhranının səbəbi məhz bu məsələdir. Geyd edək ki, Birləşmiş Ştatların nümayəndə heyətinin bu səfəri bir il bundan əvvəl Şimali Koreyanın BMT-nin silah müfəttişlərinin ölkədən çixarmasından sonra xarici heyət tərəfindən edilən ilk səfərdir. Beləliklə, nə Los Alamos milli laboratoriyasında işləyən doktor Hekker, nə də nümayəndə heyətinin digər üzvləri kompleksdə gördükləri haqda heç bir məlumat vermirlər. Onlar deyrlər ki, onlar əvvəlcə Birləşmiş Ştatlarda yerləşən baş qərərgaha hesabat verməlidirlər. Nümyəndə heyətinin üzvü Stanford universitetinin beynəlxalq təhlükəsizlik və əməkdaşlıq mərkəzinin professoru Con Levis Şimali Koreya rəsmilərinin onlarla əməkdaşlıq etdiyini demişdir. Nümayəndə heyəti Şimali Koreyanın iqtisadiyyat, elm, hərbi və xarici işlər nazirliklərinin nümayəndələri ilə də görüşmüşlər. Bu barədə də ətraflı məlumat verilməyib. Onlar bildirirlər ki, nümayəndə heyətinin bəzi üzvləri Ağ Ev də daxil olmaqla Birləşmiş Ştatlarla heç bir diplomatik əlaqəsi olmayan Şimali Koreyaya saəfər etmək üçün xüsusi icazə almışlar. Amerikanın nümayəndə heyətinin Şimalı Koreyaya səfəri Amerika, Çin və digər ölkələrin nüvə böhranının həlli məqsədi ilə altıtərəfli müzakirələrin bərpa edilməsi vaxtına təsadüf edir.

XS
SM
MD
LG