Accessibility links

Ə. Qureya Fələstin dövlətinin yaradılmasına ümid qalmadığını bildirir - 2004-01-11


Fələstinin baş naziri Əhməd Qureya İsrailin İordan çayının qərb sahilində inşa etdiyi təhlükəszlik hasarının İsrailə sülh və təhlükəszlik gətirməyəcəyini bildirir. Bu gün ətrafına bütövlüklə divar çəkilmiş Qalqilya şəhərində çıxış edən baş nazir bunu, onun sözləri ilə deyilsə, “irqçilik separatizmi divarı” adalandırmışdır. Əhməd Qureya Birləşmiş Ştatlar, Avropa və BMT-yə müraciət edərək, 10 mert hündürlüyü olan hasarın Fələstin dövlətinin yaradılmasına heç bir ümid qoymadığını bildirmişdir. İsrail isə 700 mertlik divarın fələstinlilərin terror hücumlarından müdafiə mahiyyəti daşıdığını deyir.

XS
SM
MD
LG