Accessibility links

Amarada nümayişlər davam edir - 2004-01-11


İraqın cənub Amara şəhərində yüzlərlə iraqlının etiraz nümayişi ikinci gündür davam edir. Dünən nümayişçilərlə polis və Britaniya əsgərləri arasında baş verən qarşıdurma 5 adamın ölümü, 1-nin yaralanması ilə nəticələnmişdi. Dünən yüzlərlə iraqlı şəhərdə əllərində daş yürüş təşkil etmiş, pəncərə şüşələrini sındırmışlar. Qarşıdurma haqda ziddiyyətli məlumatlar verilir. Şahidlərin bəzisi İraq polisinin kütləni atəşə tutduğunu deyir. Polisin bildirdiyinə görə isə onlar atəşi özünümüdafiə məqsədi ilə açmalı olmuşlar. Britaniya əsgərləri asayişin bərpası məqsədi ilə köməyə çağırılmışdılar. Rəsmi nümayəndələr əsgərlərin nümayişçilərin qumbara hücumuna cavab məqsədi ilə onları atəşə tutduqlarını deyir. Deyilənlərə görə Danimarka əsgərlərinin dünən aşkar etdikləri 36 top mərmisindəki maye zəhərli qaz mayesi ola bilər. Hərbi nümayəndələr bu mərmilərin 1980-ci illərdən-İranla müharibə vaxtından qalmış ola bildiyini deyirlər.

XS
SM
MD
LG