Accessibility links

Pakistan anti-terror qanunlarını sərtləşdirir - 2004-01-11


Pakistan terror qruplarının maliyyəşləşdirilməsinin qarşısının alınmasına yönəlmiş qanunları sərtləşdirmək istiqamətində addım atıb. Dünən nazirlər kabineti 1997-ci il anti-terror qanunlarına dəyişikliklərin təsdiqi məqsədilə iclas keçirib. Bu dəyişikliklər terrorizmi dəstəkləyən şəxslərin həbs cəzasının iki dəfə arıtılmasını, terror qruplarına maliyyə yardımı edən şəxslərin zəmanətlə azadlığa buruxaılmasının qadağan edilməsini və banklar tərəfindən müştərilər və işçilər haqda ətraflı məlumat toplanıb saxlanmasının tələb olunmasını nəzərdə tutur. Pakistan rəsmiləri bu addımları BMT-nin terrorçuları maliyyəşdirən təşkilatlar və şəxslərə qarşı daha ciddi ölçülər götürülməsi haqda qətnamələrinə cavab olaraq atmışlar.

XS
SM
MD
LG