Accessibility links

Iranda hökumət nümayəndələri istefa verə bilər - 2004-01-13


İran hökumətinin rəsmi nümayəndələrinin əksəriyyəti islahatçı nümayəndələrin gələn ay keçiriləcək parlament seçkilərindəki iştirakına qoyulan qadağalar ləğv edilsə belə, hələ də istefa verəcəklərini bildirirlər. İstefa verəcəklərini bildirən hökumət nümayəndələrinə 6 vitse-prezident, bir neçə prezident məsləhətçisi və 27 vilayət qubernatoru daxildir. Bununla yanaşı, fevral ayı seçkilərində iştirakları qadağan edilən parlamentin 83 islahatçının əksəriyyəti üçüncü gündür ki, oturaq nümayişlərini davam etdirirlər. Beləliklə də islahatçılar və mühafizəkarlar arasındakı gərginlik artmaqdadır. Xatırladaq ki, böhran bazar günü sərtxətt tərəfdarı Nəzarət Şurasının seçkilərdə iştirak etməyi planlaşdıran 83 nümayəndənin yarısının seçkilərə buraxılmayacağını elan etməsi ilə başlamışdı. 12 imamdan ibarət şura parlamentin təsdiq etdiyi qanunları ləğv və seçkilərdə kimin iştirak edəcəyinə qərar vermək səlahiyyətinə malikdir. İranın “Etimad” qəzetinin yazdığına görə prezident Məhəmməd Xatəmi seçkilər baş tutmasa vəzifəsindən istefa verəcəyini bildirirb. Prezident böhranın dinc və qanunu proses yolu ilə həllinə cağırır. Prezident Xatəmi və parlamentin liberal nümayəndələri son illər dəfələrlə istefa verəcəklərini elan etsələr də, heç vaxt bunu həyata keçirməmişlər. İranın ali ruhani rəhbəri Ayatolla Əli Xameneyi böhranın normal yollarla həll edilmədi təqdirdə, özü məsələyə müdaxilə edəcəyini bildirib.

XS
SM
MD
LG