Accessibility links

Hovard Dean primaridə qələbə əldə edib - 2004-01-14


Vermont ştatının keçmiş qubernatoru Hovard Dean dünən demokrat namizədlərin Vaşinqtonda keçirdikləri ilkin seçkilərdə qələbə çalıb. Cənab Dean nəticələri nəzərə alınmayan bu seçkilər zamanı səslərin 43, mülki hüquqlar müdafiəçisi Al Şarpton isə 34 faizini əldə edib. İllinois ştatının keçmiş qubernatoru Karol Mosli isə üçüncü yeri tutaraq, 12 faiz səs qazanıb. Demokrat partiyasının digər 5 namizədi bu seçkilərdə iştirak etməyib.

XS
SM
MD
LG