Accessibility links

İraqda polis məntəqələrinə hücumlar artır - 2004-01-14


İraqın Baquba şəhər polis məntəqəsinin yaxınlığında maşında yerləşdirilmiş bombanın partlaması nəticəsində azı 2 nəfərin həlak oiduğu, 29 nəfərin yaralandığı bildirilir. Polis bu əməliyyatı intiharçı hücum adlandırıb. Hadisə yerindən bir polis əməkdaşı bildirib ki, o partlayışdan əvvəl həmin maşının polis məntəqəsinə tərəf gəldiyini görüb. Polisin maşını saxlaması əmrini yerinə yetirmədiyinə görə maşın atəşə tutulmuşdur. Partlayış nəticəsində maşın təxrib olmuş və bir neçə polis də yaralanmışdır. Lakin Birləşmiş Ştatlar hərbi qüvvələrinin nümayəndəsi mayor Joslyn Aberle bombanın uzaqdan idarə olunan qurğu ilə partladıldığını bildirib. Koalisiyanın hərbi qüvvələrinə qarşı vuruşan yaraqlılar son vaxtlar İraq polis məntəqələrinə də hücumlar təşkil edirlər. Bu arada Birləşmiş Ştatlar hərbi qüvvələrinin rəsmiləri deyirlər ki, Bağdadın qərbindəki Samarra şəhərində Amerika əsgərləri ilə yaraqlılar arasında baş vermiş toqquşmalar nəticəsində 8 yaraqlı öldürülmüşdür. Amerika qüvvələri həmçinin axtarışda olan keçmiş vitse prezident İzzət İbrahim Əl Durinin 4 yaxın qohumunu həbs edib. Birləşmiş Ştatların rəsmiləri adı axtarış siyahısınnda olan Bəs partiyasının nümayəndəsi Xamis Sirhan Əl-Məhəmmədin Bağdadın qərbindəki Ramadi rayonunda həbs edildiyini bildirirlər.

XS
SM
MD
LG