Accessibility links

Avropa və Yaxın Şərqdə etiraz nümayişləri keçirilib - 2004-01-17


Avropa və Yaxın Şərqdə minlərlə adam Fransa hökumətinin məktəblərdə qızlarının baş örtüklərinin yasaqlaması təklifinə etiraz olaraq nümayişlər təşkil ediblər. Bu gün London, Paris, Beyrut və Əmmanda başları örtüklü qadınlar yürüşlərdə iştirak ediblər. Fransa prezidenti Jak Şirak baş örtüyünün dini simvol olduğunu demiş, ölkədə dünyəviçi ənənələrin möhkəmləndirilməsinin vacibliyini qeyd etmişdir. Məktəblərdə yahudi araqçınları və hindu turbanlarının geyilməsi də qadağan edilməlidir. İslam liderləri baş örtüklərinin qadağan edilməsini Fransanın böyük müsəlman icmasının ayrı-seçkiliyi kimi qiymətləndirirlər.

XS
SM
MD
LG