Accessibility links

Tayvan referendumda dəyişiklik edib - 2004-01-17


Çin Tayvan prezidentinin düzəlişlər edilmiş referendum planını kəskin tənqid edib. Çinin dövlət mətbuatı hökumət nümayəndəsinə istinad edərək yazır ki, Tayvanın qərarı regionda sabitsizliyə və Tayvanın müstəqilliynə yol açan “birtərəfli təkrikçilik”dir. Mart ayının 20-də keçiriləcək referendum Tayvanın raketlərdən müdafiə sisteminin gücləndirilməsi, habelə Tayvanın Çinlə danışıqlar keçirib-keçirməməsi kimi sualları əhatə edəcək. Birləşmiş Ştatların Dövlət Departamenti referendumun dilini bir qədər yumşaltdığı və Çinlə dialoqa hazır olduğuna görə Tayvanın səylərini alqışlamışdır.

XS
SM
MD
LG