Rusiyanın müdafiə naziri Sergey İvanov 3 günlük səfərlə Hindistandadır. Danışıqlar zamanı Hindistanın Rusiyadan təyyarədaşıyan gəmi alması ilə bağlı razılıq əldə edilə bilər. ”Admiral Qorşkov” adlı təyyarədaşıyan gəminin Hindistana satışı məsələsi hələ üç il əvvəl qaldırılmışdı. Lakin o vaxtdan bu sövdələşmə ilə bağlı heç bir söz deyilməmişdir. Rusiyanın müdafiə nazirinin Hindistana yola düşməsindən sonra həm Rusiya, həm də Hindistan məsələnin yenidən qayıdılacağını bildirmişlər. Hindistan və Rusiya arasında müdafiə sahəsində bu ən böyük satış 2 milyard dollar təşkil edəcək. Müdafiə naziri İvanovun səfəri zamanı Hindistanın köhnə döyüş təyyarələri və tanklarının təmiri üçün Rusiyadan ehtiyat hissələrinin alışı məsələsinin də müzakirə ediləcəyi gözlənilir. Sergey İvanov müdafiə nazirliyinin bir sıra yüksək rütbəli hərbi nümayəndələri ilə də görüşməlidir. Danışqıların Rusiya-Hindistan hərbi əməkdaşlıq məsələsi üzərində mərkəzləşəcəyi gözlənilir. Rusiyanın müsadiə nazirinin 3 günlük Hindistan görüşlərinə onun hindli həmkarı Gorc Fernandes, habelə baş nazir Atal Behari Vacpayi ilə danışqılar da daxildir.