Accessibility links

Xatəminin partiyası parlament seçkilərini boykot edə bilər - 2004-01-19


İranda prezident Məhəmməd Xatəminin partiyası islahatçı namizədlərin qeydə alınmasına qoyulmuş qadağa götürülməsə, gələn ay parlament seçkilərini boykot edəcəyini bildirib. Bazar günü iclasdan sonra Mübariz ruhanilər partiyası bəyan edib ki, azad rəqabət olmadan fevralın 20-i seçkilərində iştirak etməyin mənası yoxdur. Keçən həftə 8 min iki yüz islahatçıya yenidən seçilmək üçün namizədliyinin qeydə alınmasını qadağan edən Nəzarət Şurası dünən onların məsələsinə bir-bir baxılacaığını elan etdi. Nəzarət Şurasının bu işi tamamlaması üçün bir ay vaxtı var.

XS
SM
MD
LG