Accessibility links

Amerika Martin Lüter Kinqin xatirəsini anır  - 2004-01-19


Birləşmiş Ştatlarda vətəndaş hüquqları müdafiəçisi Martin Lüter Kinqin xatirə günüdür. Bu gün ölkənin hər yerində bu münasibətlə tədbirlər keçirilir. Martin Lüter Kinqin doğma Corciya ştatının paytaxtı Atlantada keçirilən mərasimdə onun həyat yoldaşı Koretta Skot Kinq respublikaçılar və demokratlara, mühafizəkarlar və liberallara müraciət edərək demişdir ki, bu seçki ili hamı bir-birinə bacı-qardaş olduğunu yadda saxlamalıdır. Keçən həftənin cümə axşamı prezident Buş Atlantada Martin Lüter Kinqin məzarı üstünə əklil qoyan zaman yüzlərlə nümayişçi administrasiyanın daxili siyasəti və İraq müharibəsinə etirazını bildirmişdir.

XS
SM
MD
LG