Accessibility links

Pauel: Amerika Rusiyada son siyasi inkişaflardan narahatdır - 2004-01-26


ABŞ Dövlət katibi Kolin Pauel “İzvestiya” qəzetində nəşr olunan məqalədə Vaşinqtonun Rusiyanın siyasi sisteminin bəzi cəhətləri və Çeçenistanda siyasəti ilə bağlı narahatlığını ifadə etmişdir. ABŞ-ın Dövlət katibi yazıb ki, Rusiya sistemində icraedici, qanunverici və ədliyyə sistemləri arasında çox mühüm cəhət olan balans təmin olunmayıb. O, siyasi gücün qanuna tam uyğun olmamadığını, azad mətbuat və siyasi partiyaların müstəqil olaraq fəaliyyətini davam etdirə bilmədiklərini də qeyd etmişdir. Dövlət katibi Pauel məqalədə təfərrüatlara varmasa da, ABŞ rəsmiləri Rusiyada dekabr ayında keçirilmiş parlament seçkilərində prezident Putini dəstəkləyən partiyaların böyük səs çoxluğu ilə qələbə çalmasından narahatlıqlarını ifadə etmişdilər.

XS
SM
MD
LG