Accessibility links

Amerika seçkilərində maliyyənin rolu - 2004-01-26


Birləşmiş Ştatlarda prezident seçki ilinə qədəm qoymuş namizədlər maliyyə kampaniyasında əvvəlki illərlə müqayisədə rekord vəsait toplaya bilmişlər. Seçki kampaniyasına maliyyə vəsaitinin toplanması Amerika siyasətinin çox mühüm bir cəhətini təşkil edir. Corc Buş yenidən prezident seçilmək üçün 2003-cü ildə kampaniya apardığı zaman artıq 130 milyon dollar toplamışdır. Bu, 2000-ci il prezident seçki kampaniyası zamanı 100 milyon dollar rekord məbləğdən artıqdır. Demokrat namizədlər arasında Vermont ştatının keçmiş qubernatoru Hovard Din 2003-cü ildə 40 milyondan artıq vəsait toplaya bilmişdir. Bu, Demokratların prezident kampaniyası zamanı bir il ərzində topladığı rekord məbləği təşkil edir. Bununla belə, cənab Din prezidentlik uğrunda mübarizədə maliyyə vəsaitinin yalnız dörddə birinə malikdir. Demokratların debatlarının birində cənab Din özü və digər demokrat namizədlərin bu biaımdan yaxşı vəziyyətdə olmadıqlarını deyir. “Kampaniyada irəlidə gedən Corc Buş və ona milyonlarla dollar pul verib onun siyasətindən bəhrələn insanlardır.” Hər iki partiyadan namizədlər seçki kampaniyası zamanı federal fondlardan istifadə edə bilərlər, lakin burada qoyulmuş limiti aşa bilməzlər. Prezident Buş, Hovard Din, senator Con Kerri bu sistemdən istifadə etmirlər. Pul namizədlərin onun toplanmasına sərf etdikləri vaxt baxımından çox böyük əhəmiyyət daşıyır. Mliyyə nə üçün belə əhəmiyyət kəsb edir. Amerika siyasətində maliyyənin rolu və onun seçkiyə təsirlərinin öyrənilməsilə məşğul olan müstəqil mərkəzdən təhlilçi Stiv Veyssin fikrincə, pul namizədlərin müvəffəqiyət əldə etməsi üçün onların şanslarını artıra bilir. “Ümumən seçkilərdə ən çox pul xərcləyən on namizəddən doqquzu qələbə çalır. Konqresə seçkilərdə belə olur, lakin bu, prezident seçkilərinə də aiddir. Pul sizə seçkini almaq imkanı vermir, lakin sizin namizədliyinizi xeyli gücləndirir.“ Tarixən, Respublikaçılar demokrat rəqbilərindən həmişə daha çox vəsait toplaya bilirlər. Bununla belə, mütəxəssislər hesab edirlər ki, bu, demokrat namizədin seçkilərdə qələbə çalmasının qarşısını ala bilməz. 1990-cı illərdə Demokratların Milli Komitəsi üçün hüquqşünas kimi çalışmış Co Sandler izah edir. “1992-ci ildə prezident seçkilərində qələbə çalanda biz hədindən artıq çox pul xərcləmişdik. 1996-cı ildə Bil Klinton son 40 il ərzində ilk dəfə yenidən seçilən demokrat prezident olanda da biz həddindən artıq çox pul xərcləmişdik, çünki rəqabətə dözmək üçün bizə kifayət qədər vəsait lazım idi.”

Bu il seçki kampaniyasında Demokrat namizədlər arasında yeganə qadın olan Kerol Mosli Braunun seçki marafonundan çıxmasına əsas səbəb onun maliyyə baxımından rəqbətə tab gətirə bilməməsi oldu. Seçki kampaniyasını sona çatdırmazdan əvvəl Kerol Mosli Braun cəmi bir neçə yüz min dollar vəasit toplaya bilmişdi. Hazırda Demokrat namizədlər ştat səviyyəsində kokuslar və praymerizlər, yni ilkin seçkilərə qatılırlar. Burada elektoratın dəstəyini ala bilməyən namizəd kifayət qədər vəsaitpul toplaya bilməyəcək və seçki kampaniyasını dayandırmalı olacaq.

Maliyyənin siyasətdə rolunun araşdırılması ilə məşğul olan müstəqil araşdırma mərkəzindən təhlilçi Stiv Veyss maliyyənin əhəmiyyətini belə qiymətləndirir: “Vəsait toplaya bilmək və bu işi təşkil etmək özü-özlüyündə çox böyük əhəmiyyət daşıyır. Bu, yaxşı təşkil olunmuş kampaniya deməkdir. Bu, seçkidə qəti və güclü qələbə əldə etmək ikanını göstərir. Bu həm də geniş dəstəyi nümayiş etdirir. Əgər siz çox pul toplaya bilmirsinizsə, bu sizin kampaniyanızın bir sıra cəhətlərə görə müvəffəq olmayacağına işarə edir. Təhlilçilərin fikrincə, seçicilər təkcə kimin daha çox maliyyə vasiti toplaya bilməsilə deyil, həm də müxtəlif namizədlərin kampaniyasına kimlərin və hansı qrupların maliyyə verməsinə diqqət yetirməlidirlər.

XS
SM
MD
LG