Accessibility links

ABŞ-ın vitse-prezidenti Roma Papası ilə görüşüb - 2004-01-27


İraq müharibəsinin başlanğıcından bəri ilk dəfə olaraq Birləşmiş Ştatların rəsmi nümayəndəsi ilə görüşən Roma Papası İkinci İohan Pavel Amerikanın beynəlxalq ictimaiyyətlə daha yaxından əməkdalıq etməli olduğunu demişdir. Roma papası bunu ABŞ-ın vitse-prezidenti Dik Çeyniyə bildirmişdir.Vatikanın xəbər agentliyinin bildirdiyinə görə Roma Papası İkinci İohan Pavel Dik Çeyniyə dünyanın münaqişə, ədalətsizlik və parçalanmalara məruz qaldığını, Amerikanın beynəlxalq sahədə əməkdalığını daha da genişləndirməli olduğunu demişdir. Qeyd edək ki, İraq müharibəsinin əleyhinə olan Roma Papası ABŞ-ın vitse-prezidenti ilə Vatikan kitabxanasında 15 dəqiqiəlik şəxsi görüş keçirmişdir. Roma Papası demişdir ki, dünyada sülhə nail olunması üçün Amerikanın yüksək dəyərləndirdiyi azadlıq, ədalət və bərabərlik təmin edilməlidir. Bu qısa görüş zamanı Roma Papası beynəlxalq qanunlara hörmət götərilməsinə çağırmış, terrorizmin dünyaya hədə olduğunu qəbul etmişdir. Bu yaxınlarda Vatikanda etdiyi çıxışı zamanı İkinci İohan Pavel müharibənin münaqişələrə həll olmadığını bildirmişdi. Lakin Roma papası demişdir ki, iraqlılar indi repressiv bir rejimdən azaddırlar. Xatırladaq ki, vitse-prezident Çeyni son Avropa səfəri zamanı terrorizmin məğlub edilməsi üçün demokratiyaların birgə işinin vacibliyini qeyd etmişdi. İtaliya Birləşmiş Ştatları dəstəkləyən ölkələr sırasında idi. Dünən İtaliyanın baş naziri ilə görüşən cənab Çeyni onu yaxın dost və ağıllı məsləhət mənbəyi adlandırmışdır. Vitse-prezident Çeyni İtaliyada olduğu müddət ərzində Amerikanın o ölkədəki hərbi bazalarında olmuşdur.

XS
SM
MD
LG