Accessibility links

Nyu Hempşir ştatında ilkin seçkilər keçirilir - 2004-01-27


Nyu Hempşir ştatında seçicilər Demokratların ilkin seçkilərində səs vermək üçün səsvermə məntəqələrinə gəlir. Bugünkü ilkin seçkinin partiydan prezident seçkilərində namizədin irəli sürülməsinə çox böyük təsiri olacaq. Son rəy sorğuları Massaçests ştatından senator Con Kerrinin Vermont ştatının keçmiş qubernatoru Hovard Dindən irəlidə gedərək demokrat namizədlər arasında birinci yerdə olduğunu göstərir.

İstefaya çıxmış general Vesli Klark, Karolina ştatından senator Con Edvards və Konnektikut ştatından senator Co Libermanın çox az fərqlə üçüncü yerdə gedirlər. Nyu Hempşirdə qələbə çalacaq namizədin digər ştatlarda da ilkin seçkilərdə qələbə çalacağı gözlənilir.

XS
SM
MD
LG