Accessibility links

Con Kerri Nyu Həmpşir ilkin seçkilərində qələbə əldə edib - 2004-01-28


Massaçusets senatoru Con Kerri dünən Nyu Həmpşir ştatında keçirilən prezident praymerisi-ilkin seçkilərində qələbə əldə edib. Beləliklə də prezidentliyə namizədlər arasında Con Kerri irəliyə çıxıb. Vermont ştatının keçmiş qubernatoru Hovard Din ikinci, təqəüddəki general Vesli Klark və Şimali Koralina ştatından senator Con Edvard üçüncü yerə cüzi fərqlə çıxmışlar.Hələ bir neçə ay bundan əvvəl senator Kerri Nyu Həmpşirdə keçirilən rəy sorğularında demokrat namizəd Hovard Dindən geridə idi. Lakin o, Ayova ştatında keçirilən seçki kampaniyasından sonra irəliyə çıxa bilmişdi. Bu ştatda ən böyük qayğı noyabr ayı prezident seçkilərində prezident Buşa qalib gələcək güclü bir namizəd seçilməsi idi. Nyu Həmpşir qələbəsindən sonra etdiyi çıxışında Con Kerri kampaniyası zamanı onu dəstəkləyən Vyetnam müharibəsi veteranlarına xüsusi təşəkkürünü bildirmişdi.Hovard Din ikinci yerə çıxmaqla Demokrat partiyasından prezidentliyə namizəd statusunu saxlaya bilmişdir. Cənab Din onu dəstəkləyənlər qarşısında demişdi ki, keçən həftə Ayova ştatında üçüncü yer almasından sonra bu onun irəliyə doğru sıcrayışıdır. Qeyd edək ki, Nyu Həmpşir praymerisinin nəticələri təqaüddədki general Vesli Klark və Şimali Koralina ştatından senator Con Edvardsı yarışlarda iştirakının davam etdirilməsinə imkan yaratmışdır. İndi onlar gələn həftə 7 ştatda keçiriləcək praymerislərə hazırlıq görürlər.

XS
SM
MD
LG