Accessibility links

Bağdad mehmanxanasında partlayış olub - 2004-01-28


Bağdadın Şahin mehmanxanası yaxınlığında maşına yerləşdirilən bomba partlayışı nəticəsində 3 iraqlı həlak olub, bir neçəsi yaralanıb. Şahidlər deyirlər ki, mehmanxananın qarşısında olan bir neçə maşın dağılıb, ətrafdakı binaların pənçərə şüşələri sınıb, azı iki binaya zərər dəyib. Mehmanxanada İraqın əmək naziri Sami İzara Əl-Məcnun daxil olmaqla, bir çox əçnəbi və iraqlı qalırdı. Mehmanxanadakı partlayış iki müxtəlif hücumda 6 Amerika əsgərin həlak olmasından bir gün sonraya təsadüf edir.

XS
SM
MD
LG