Accessibility links

İranın BMT-dəki səfiri Vaşinqtonda Konqresin hər iki partiyasının üzvlərindən ibarət qrupla görüş keçirmişdir.  - 2004-01-29


İranın BMT-dəki səfiri Məhəmməd Cavad Zərif dünən Vaşinqtonda olmuş, Amerika Konqresin hər iki partiyasının üzvlərindən ibarət qrupla görüş keçirmişdir. Bu səfər İran və Birləşmiş Ştatların rəsmi dairələrinin razılığı əsasında mümkün olmuşdur. İran diplomatının Vaşionqtonda səfəri, Davosda İranın xarici İşlər Naziri Kamal Xərrazı və Senatın Xarici Əlaqələr Komitəsinin üzvü Jozef Baidenlə görüşündən bir həftə sonraya təsadüf edir.

Zərifin səfəri rəsmi olmasada, onun baş tutması üçün ABŞ-ın razılığı tələb olunur. İki ölkə arasında formal münasibətlər olmadığına görə, İranın BMT-dəki səfiri Nyu-York 40 kilometr kənara çıxa bilməz. Konqresdəki nahar ziyafətindən qabaq cənab Zərif bildirirb ki, o Vaşinqtona Konqresdə regional təhlükəsizlik və digər məsələləri müzakirə etmək üçün davət olunub. Zərif 1979-cü il İslam inqilabından sonra Vaşinqtona səfər edən ikinci iranlı diplomatdır.

XS
SM
MD
LG