Accessibility links

İranda siyasi böhran davam edir - 2004-01-31


İranın islahatçı liderləri sərtxətt tərəfdarı Nəzarət Şurasının minlərlə islahatçı namizədin seçkilərdə iştirakına yol vermədiyi üçün qarşıdan gələn parlament seçkilərinin ligitimliyini şübhə altına alırlar. İranın dövlət xəbərlər agentliyinin bildirdiyinə görə islahatçı prezident Məhəmməd Xatəmi bu gün deyib ki, bizim Nəzarət Şurası ilə aramızda çıxılmaz vəziyyət yaranıb. Seçkilərə başçılıq edən İranın daxili işlər naziri, eyni zamanda islahatçı seçkilərin azad, ədalətli və qanuni keçirilməsinin legitimliyinin qeyri-mümkün olacağını deyib. Cümə günü Nəzarət Şurası bildirib ki, fevralın 20-də keçiriləcək parlament seçkilərində 36 min seçicinin ancaq üçdə biri iştirak edəcək. Bir çox islahatçı tərəfindən 2800 islahatçının seçkilərə buraxılmaması ədalətsizlik kimi qiymətləndirilir. 80-ni parlament üzvü olmaqla seçkilərdən kənarlaşdırılan seçicilərin əksəriyyəti islahatçılardır. Nəzarət Şurası 12 dindar və vəkildən ibarətdir. Artıq bir neçə ildir ki, 290 yerli İran parlamentində əksəriyyət təşkil edən islahatçılar Nəzarət Şurasını parlamentin nəzarətinin sərtxətt tərəfdarlarının əlinə keçirmək cəhdində ittiham edirlər. Bu seçkilərdə isə mühafizəkarlar onlara mane olmaq istəyirlər. Yüzlərlə hökumət nümayəndəsi istefa verəcəkləri, islahatçıların əksəriyyəti isə bu seçkiləri boykot edəcəklərinə and içiblər. Prezident Xatəmi son günlər siyasi böhranın həll ediləcəyinə inandığını bildirirdi. Hal-hazırda isə prezident kabinet nümayəndələri ilə növbəti addımlar barədə görüş keçirməyi planlaşdırır.

XS
SM
MD
LG