Accessibility links

Dünya Demokratiya Hərəkatı Assambleyasının üçüncü yığıncağı Cənubi Afrikada işinə başlayıb - 2004-02-03


100-dən artıq dünya ölkəsinin demokratiya müdafəçiləri toplantının iştirakçılarıdır. Keçən il planlaşdırılan yığıncaq İraq müharibəsinə görə təxirə salınmışdı. Bu yığıncaqda demokrtaik ictimaiyyətlərdən təcrübə toplamaq məqsədi ilə İraqın böyük bir nümayəndə heyəti də iştirak edir. Heyəti təşkil edən insan hüquqları və qeyri-hökumət təşkilatlarının əksəriyyəti 9 ay əvvəl İraq diktatoru Səddam Hüseynin hakimiyyətdən salınmasından sonra yaranan qurumlardır. Belə qruplar İraq üçün yenilikdir. İraqın bu mülki qruplarının yalnız bir-neçəsi yaxşı təşkilatlatlandırılıb. Bunlara 5 il əvvəl Şimali İraqın kürd regioninda təsisi edildmiş demokratiya institutudur. Səddam Hüseynin süqutundan sonra baş qərargahını Bağdadad köçürən bu qrupun prezidenti Hüseyn Sincani dünya demokrataiyalarının bu yığıncağını İraqda əsil demokratiyanın yaradılmasına yardım edəcəyini deyib. Cənubi Afrika konfransının vaxtı da İraq nümayəndələrinə yerinə düşmüş oldu. Hazırda İraqın icma liderləri koalisya və BMT nümayəndələri ilə ölkənin yeni hökumətinin tərkibi məsələsini müzakirə edirlər. Koalisiya regional yığıncaqlar keçirib, hökumətin təşkili, seçkilərin isə gələcəkdə keçirilməsini istəyir. Lakin şiə müsəlmanların lideri və digər İraq nümayəndələri seçkilərin iyun ayı-hakimiyyətin təhvil verilməsindən əvvəl keçirilməsini tələb edirlər. Koalisya bunun texniki səsbəblərə görü qeyri-mümkünlüyünü irəli sürür. Bu həftə BMT nümayəndələri vəziyyətlə tanış olub, hesabatla çıxış etməlidir. İraqın Cənubi Afrika konsfransında iştirak edən nümayəndə heyəti yalnız demokratiya quruculuğunu öyrənmək deyil, həm də demokratiya müdafiəçilərinə İraq və iraqlıları tanıtmaq isətiyirlər.

XS
SM
MD
LG